Modern.az

İlham Əliyev Ərəb Dövlətləri Liqasında çıxış edib - YENİLƏNİB

İlham Əliyev Ərəb Dövlətləri Liqasında çıxış edib - YENİLƏNİB

Aktual

2 Noyabr 2022, 00:30

Noyabrın 1-də Əlcəzair Xalq Demokratik Respublikasının paytaxtı Əlcəzair şəhərində Ərəb Dövlətləri Liqasının 31-ci Zirvə toplantısı keçirilib.

 

Modern.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Zirvə toplantısına ev sahibliyi edən Əlcəzair Xalq Demokratik Respublikasının Prezidenti Abdelmacid Tebbunun dəvəti ilə tədbirin açılış mərasimində Fəxri qonaq statusunda iştirak edib.

 

Əlcəzair Prezidenti Abdelmacid Tebbun Prezident İlham Əliyevi, Zirvə toplantısında iştirak edən dövlət və hökumət başçılarını, nümayəndə heyətlərinin rəhbərlərini qarşılayıb.

 

Azərbaycan və Əlcəzair prezidentləri rəsmi foto çəkdiriblər.

 

Tunis Respublikasının Prezidenti Kays Sayid Zirvə toplantısını açaraq çıxış edib, təşkilata sədrliyi Əlcəzair Xalq Demokratik Respublikasının Prezidenti Abdelmacid Tebbuna təhvil verib.

 

Əlcəzair Prezidenti Abdelmacid Tebbun və Ərəb Dövlətləri Liqasının Baş katibi Əhməd Əbul Qeyt çıxış ediblər.

 

Sonra söz dövlətimizin başçısına verilib.

 

Prezident İlham Əliyev Zirvə toplantısında çıxış edib.

 

Sonra digər dövlət və hökumət başçıları, nümayəndə heyətlərinin rəhbərləri çıxış ediblər.

 

***

 

Qeyd edək ki, Ərəb Dövlətləri Liqası 1945-ci il martın 22-də Misir, İraq, İordaniya, Livan, Səudiyyə Ərəbistanı, Suriya və Yəmən tərəfindən yaradılıb. Hazırda təşkilata 22 dövlət daxildir. Təşkilatın mərkəz-qərargahı Misirin paytaxtı Qahirə şəhərində yerləşir. Türkiyə təşkilatda daimi müşahidəçi statusuna malikdir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Şok plan üzə çıxdı: Putin belə devriləcək