Modern.az

Tıxaca görə avtobuslar gecikir

Tıxaca görə avtobuslar gecikir

Aktual

14 Noyabr 2022, 21:26

Paytaxtın Nizami rayonu, Dakar meydanı istiqamətində - Qara Qarayev prospekti və Rüstəm Rüstəmov küçəsində hər iki istiqamətdə tıxac var.

 

Modern.az xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyi məlumat yayıb.

 

Bildirilib ki, eyni zamanda avtobus zolağının həmin yol sahəsinin digər nəqliyyat vasitələri tərəfindən kobud şəkildə pozulması səbəbindən 1, 7A, 11, 15, 30, 32, 35, 40, 44, 46, 49, 51, 62, 64, 66, 76, 78 və 81 nömrəli müntəzəm marşrut xəttlərində avtobuslar arasında uzunmüddətli intervallar və gecikmələr müşahidə edilir.

 

Gecikmələr təxminən 15-25 dəqiqə aralığındadır.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Sərhəd pozuldu - Erməni sərhədçiləri Tavuşa yerləşdi