Modern.az

Sülh müqaviləsinin yalnız 1 maddəsi razılaşdırılıb - Qriqoryan

Sülh müqaviləsinin yalnız 1 maddəsi razılaşdırılıb - Qriqoryan

9 Dekabr 2022, 13:52

Ermənistan Təhlükəsizlik Şurasının (TŞ) katibi Armen Qriqoryan Azərbaycanla Ermənistan arasında imzalanması ehtimal olunan sülh müqaviləsi ilə bağlı yeni məlumatlar açıqlayıb.

 

Modern.az “Sputnik Armenia”ya istinadən xəbər verir ki, Qriqoryan bu barədə Ermənistan parlamentinin iclasında danışıb.

 

“Azərbaycanla sülh müqaviləsinin sadəcə 1 maddəsi razılaşdırılıb. Bu, Vyana Konvensiyasına uyğun olaraq, ölkələr arasında diplomatik əlaqələrin qurulması ilə bağlıdır. Başqa məsələlərdə dəqiq razılaşma yoxdur”, - deyə Qriqoryan bildirib.

 

Onun sözlərinə görə, sülh müqaviləsinin mətni indiyə qədər 3 dəfə redaktə olunub: “Hazırda müqavilənin üzərində Ermənistan tərəfi işləyir”.

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir