Modern.az

Vaksinasiya ilə bağlı SON VƏZİYYƏT 

Vaksinasiya ilə bağlı SON VƏZİYYƏT 

Aktual

25 Yanvar 2023, 20:37

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 387 vaksin vurulub.

 

Modern.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

 

Gün ərzində birinci doza vaksinlərin sayı 206, ikinci doza vaksinlərin sayı 47 təşkil edib. Ölkədə üç və daha çox doza vaksinlərin sayına gəlincə, bu göstərici 118-dir. Pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 16 olub.

 

Azərbaycanda indiyədək vurulan vaksinlərin ümumi sayı 13 940 852 olub.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır