Modern.az

“Vaqner” transmilli cinayətkar təşkilat kimi TANINDI 

“Vaqner” transmilli cinayətkar təşkilat kimi TANINDI 

Aktual

26 Yanvar 2023, 19:48

ABŞ Maliyyə Nazirliyi Rusiyanın "Vaqner" özəl hərbi şirkətini transmilli cinayətkar təşkilat kimi tanıyıb.

 

Modern.az xəbər verir ki, bu barədə ABŞ-ın maliyyə naziri Canet Yellen məlumat verib.

 

Nazir bildirib ki, rəsmi Vaşinqton şirkət və onun təsisçisi Yevgeni Priqojinlə əlaqəli strukturlara qarşı yeni sanksiyalar tətbiq edib.

 

"Vaqner" qrupuna, eləcə də onların tərəfdaşlarına və Rusiya hərbi kompleksini dəstəkləyən digər şirkətlərə qarşı yeni sanksiyalar Putinə onun hərbi maşınını silahlandırmağa və təchiz etməyə mane olacaq" , - Yellen deyib.

 

Akif İsmayılov 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Sərhəddə gərginlik: Ara qarışdı, ermənilər üsyan edir