Modern.az

Delimitasiya Komissiyasının katibi KİMDİR… - DOSYE

Delimitasiya Komissiyasının katibi KİMDİR… - DOSYE

Aktual

12 Aprel 2023, 14:44

Xəbər verdiyimiz kimi, Baş nazir Əli Əsədovun sərəncamı ilə Murad Nəcəfbəyli Azərbaycan və Ermənistan arasında dövlət sərhədinin delimitasiyasI üzrə Dövlət Komissiyasının katibi təyin edilib.

 

Modern.az bildirir ki, Murad Nəcəfbəyli bundan əvvəl bir neçə ölkədə səfir vəzifəsində çalışıb.

 

2010-cu il yanvarın 6-da Murad Nəcəfbəyliyə fövqəladə və səlahiyyətli səfir diplomatik rütbəsi təqdim edilib və Azərbaycan Respublikasının İsveçrə Konfederasiyasında fövqəladə və səlahiyyətli səfiri təyin olunub. Bir neçə gün sonra isə Azərbaycanın BMT-nin Cenevrə şəhərindəki bölməsində və digər beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsi təyin olunub. 

 

O, 2012-ci ilin aprel ayında İsveçrədəki səfir, 2015-ci ildə BMT-dəki daimi nümayəndə vəzifəsindən geri çağırılıb.

 

2016-cı ildə Prezident İlham Əliyevin sərəncamı ilə Murad Nəcəfbəyli Azərbaycan Respublikasının Estoniya Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilib. 2019-cu ildə 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib, 2021-ci ildə Estoniyadakı səfir vəzifəsindən geri çağırılıb.

 

Qeyd edək ki, ötən ilin oktyabr ayında dövlət sərhədinin delimitasiyası üzrə Katibliyin yaradılması barədə qərar qəbul edilib. Qərara əsasən, Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının cari fəaliyyətinin təşkili məqsədilə Komissiyanın Katibliyinin yaradılması, fəaliyyət istiqamətləri və təşkili müəyyən edilib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
ŞOK iddia: Köçəryanla Sarkisyan tezliklə Bakıya göndəriləcək