Modern.az

Havar Məmmədovun yerinə gətirilən rektorun DOSYESİ

Havar Məmmədovun yerinə gətirilən rektorun DOSYESİ

13 Sentyabr 2023, 16:16

Xəbər verdiyimiz kimi, Havar Məmmədov Bakı Mühəndislik Universitetinin rektoru vəzifəsindən azad edilib. Onun yerinə Yaqub Piriyev gətirilib.

 

Modern.az yeni rektorun kim olduğunu araşdırıb.

 

Piriyev Yaqub Maksim oğlu Moskva Avtomobil və Yollar İnstitutunu “Avtomobil yolları” ixtisası üzrə bitirib. 1975-1977-ci və 1983-1985-ci illərdə Azərbaycan Respubliksının avtomobil yolları təsərrüfatı sahəsində müxtəlif vəzifələrdə çalışıb.

 

Yaqub Piriyev 2014-cü ildən Elm və Təhsil Nazirliyinin Aparat rəhbərinin müavinidir. O, eyni zamanda Elm, ali və orta ixtisas təhsili şöbəsinin müdiri vəzifəsini icra edirdi.

 

Yeni rektor daha əvvəl Azərbaycan Memarlıq və İnşaat Universitetinin Nəqliyyat Fakultəsinin dekanı olub.

 

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Paşinyan orduya nəzarəti itirdi-Generallardan atəş əmri