Modern.az

Qanunsuz odlu silahlar polisə təhvil verildi 

Qanunsuz odlu silahlar polisə təhvil verildi 

5 Dekabr 2023, 21:44

Şamaxı, İsmayıllı və Saatlı sakinləri odlu silahları polisə təhvil veriblər.

 

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Modern.az-a verilən məlumata görə, Şamaxı və İsmayıllı rayonlarında keçirilmiş tədbirlər nəticəsində Şamaxı rayon sakininin tapdığı, İsmayıllı rayon sakininin isə qanunsuz olaraq özündə saxladığı ov tüfəngi könüllü olaraq ərazi polis şöbələrinə təhvil verilib.

 

Həmçinin, keçirilən tədbirlər nəticəsində bu gün iki nəfər Saatlı rayon sakini müvafiq sənədləri olmayan ov tüfənglərini könüllü olaraq polis əməkdaşlarına təhvil veriblər.

 

Bu istiqamətdə tədbirlər davam etdirilir.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Paşinyan orduya nəzarəti itirdi-Generallardan atəş əmri