Modern.az

Səfirimiz ABŞ-də siyasi korrupsiya barədə dəlillər təqdim etdi

Səfirimiz ABŞ-də siyasi korrupsiya barədə dəlillər təqdim etdi

6 Dekabr 2023, 00:29

Azərbaycanın ABŞ-dakı fövqəladə və səlahiyyətli səfiri Xəzər İbrahim Birləşmiş Ştatların Beynəlxalq Dini Azadlıq Komissiyasının üzvləri ilə görüşü zamanı qurumun işlərinin səlibçi zehniyyətinin, islamofobiyanın və siyasi korrupsiyanın məhsulu olduğuna dair açıq dəlillər təqdim edib.

 

Modern.az xəbər verir ki, bu barədə səfir “X” sosial şəbəkəsindəki hesabında yazıb.

 

“Dünən ABŞ-ın Beynəlxalq Dini Azadlıq Komissiyasının üzvləri ilə görüşüm zamanı onlara işlərinin səlibçi zehniyyətinin, islamofobiyanın və siyasi korrupsiyanın məhsulu olduğuna dair açıq dəlillər təqdim etdim.

 

Bundan əlavə, onlara bu yaxınlarda yazdığım məktubda ABŞ-da dini tolerantlığın pisləşməsi fonunda köməyimizi təklif etdim”, - səfir vurğulayıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Paşinyan orduya nəzarəti itirdi-Generallardan atəş əmri