Modern.az

Bu il Azərbaycanda qadınlara qarşı 5034 cinayət törədilib

Bu il Azərbaycanda qadınlara qarşı 5034 cinayət törədilib

6 Dekabr 2023, 13:20

“Ailə-məişət cinayətlərinin aktuallığını nəzərə alaraq, tərəfimizdən aparılan ümumiləşdirmə zamanı müəyyən edilib ki, 2022-ci ildə qadınlara qarşı 6671 cinayət faktı qeydə alınıb. Ailə-məişət münaqişəsi zəminində baş verən cinayətlərin 1129-da zərərçəkmiş şəxs qadınlar, 244-də isə kişilərdir. Zərərçəkmişlərdən isə 12-si yeniyetmələrdir. Onlardan 3-ü qızlar, 9-u isə oğlanlardır”.

 

Modern.az xəbər verir ki, bu sözləri Baş Prokurorluğun daxili işlər orqanlarının istintaq, təhqiqat və əməliyyat axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin böyük prokuroru Rafael Süleymanov “Məişət zorakılığının qarşısının alınması: imkanlar və perspektivlər” mövzusunda keçirilən beynəlxalq konfransın panel müzakirəsində söyləyib.

 

O bildirib ki, 2023-cü ildə qadınlara qarşı 5034 cinayət törədilib, onlardan 1396-u ailə-məişət münaqişəsi zəminində baş verib.

Twitter
Sizə yeni tvit var
Keçid et
Paşinyan orduya nəzarəti itirdi-Generallardan atəş əmri