Modern.az

Muxtar Babayev Dubayda beynəlxalq tədbirdə iştirak edib - FOTO

Muxtar Babayev Dubayda beynəlxalq tədbirdə iştirak edib - FOTO

8 Dekabr 2023, 16:42

Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının 28-ci sessiyası davam edir.

 

Modern.az xəbər verir ki, konfransın 9-cu günü “Gənclər, uşaqlar, təhsil və bacarıqlar” tematik mövzusuna həsr olunub.

 

Konfrans çərçivəsində fəaliyyət göstərən Azərbaycan pavilyonunda tematik mövzuya uyğun üç paralel tədbir baş tutub.

 

Tədbirlərdə beynəlxalq təşkilatlar və dost ölkələrin nümayəndələri iştirak edib.

 

Azərbaycan pavilyonunda eyni zamanda BMT-nin Ətraf Mühit Proqramının icraçı katibi İnqer Andersonla ikitərəfli görüş keçirilib və qarşılıqlı əməkdaşlıq prespektivləri müzakirə olunub.

 

Qeyd olunan tədbirlərdə ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev iştirak edib.

 

Yüksək texnoloji həllərlə təqdim olunan Azərbaycan pavilyonunun konsepsiyası, ölkənin "yaşıl" təşəbbüsləri qonaqlar tərəfindən yüksək qiymətləndirilib.

Twitter
Sizə yeni tvit var
Keçid et
Paşinyan orduya nəzarəti itirdi-Generallardan atəş əmri