Modern.az

Türkiyəli siyasətçilərdən Prezidentə təbrik MESAJLARI

Türkiyəli siyasətçilərdən Prezidentə təbrik MESAJLARI

Aktual

7 Fevral 2024, 23:56

Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AK Parti) funksioneri Ömer Çelik Azərbaycandakı növbədənkənar prezident seçkilərinin uğurla keçirilməsi və İlham Əliyevin yenidən Prezident seçilməsi münasibətilə paylaşım edib.

 

Modern.az xəbər verir ki, o, bu barədə “X”də yazıb.

 

“Can Azərbaycanın bütün torpaqlarında, o cümlədən azad olunmuş ərazilərdə keçirilən seçkilərdə yenidən Prezident seçilən Azərbaycan dövlət başçısı cənab İlham Əliyevi təbrik edirəm”, - o bildirib.

 

Türkiyənin keçmiş xarici işlər naziri, bu ölkənin parlamentinin NATO-dakı nümayəndə heyətinin rəhbəri Mövlud Çavuşoğlu da “X”dəki hesabında təbrik yazıb.

 

“30 il sonra Azərbaycanın bütün torpaqlarında, o cümlədən işğaldan azad olunan Qarabağda yüksək seçici fəallığı ilə keçirilən seçkidə yenidən qalib gələn Can Azərbaycanın cənab Prezidenti İlham Əliyevi qələbə münasibətilə təbrik edirəm.

 

Azərbaycanlı qardaşlarımız onun liderliyi altında neçə-neçə zəfərlər qazanmağa davam edəcəklər”, - M.Çavuşoğlu bildirib.

 

Türkiyənin keçmiş vitse-prezidenti, parlamentin xarici əlaqələr komitəsinin sədri Fuat Oktay da seçkinin Azərbaycan üçün uğurlu olmasını arzu edib: “Exit-poll”un nəticələrinə əsasən 93,9 faiz səslə yenidən prezident seçilən İlham Əliyevi ürəkdən təbrik edir, Azərbaycan üçün uğurlu olmasını arzu edirəm”.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Müdafiə xətti yarıldı,Ordumuz irəlilədi- Bu ərazilər nəzarətimizə keçdi