Modern.az

İlham Əliyev Çingiz Qənizadəni təltif etdi - FOTO

İlham Əliyev Çingiz Qənizadəni təltif etdi - FOTO

4 Aprel 2024, 11:15

Prezident İlham Əliyev Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru, keçmiş millət vəkili Çingiz Qənizadə ilə bağlı Sərəncam imzalayıb.

 

Modern.az xəbər verir ki, ölkə başçısının imzaladığı müvafiq Sərəncamla Çingiz Qənizadə Ümummilli Lider Heydər Əliyevin 100 illik xatirəsinə həsr olunmuş "Heydər Əliyevin 100 illiyi (1923-2023)" yubiley medalı ilə təltif olunub.

 

Çingiz Qənizadə bildirib ki, Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi ilə bağlı və medalların içində ən ali medalla layiq görülmək həm şərəflidir, həm də məsuliyyətlidir.

 

"Fəaliyyətimə qiymət verən Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə sonsuz təşəkkür edirəm. Bütün fəaliyyətimi Ulu öndər Heydər Əliyevin ideyalarına və cənab Prezident İlham Əliyevin siyasi xəttinə dəstək verməklə onun təbliğatına həsr edəcəm. Təşəkkür edirəm Cənab Prezident!”,- o deyib.

 

1336273

1336272

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?