Modern.az

Ceyhun Bayramov belaruslu həmkarı ilə görüşdü 

Ceyhun Bayramov belaruslu həmkarı ilə görüşdü 

12 Aprel 2024, 11:14

Xarici işlər naziri Ceyhun Bayramov Belarusa işgüzar səfəri çərçivəsində belaruslu həmkarı Sergey Aleynik (Sergei Aleinik) ilə görüşüb.

 

Modern.az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin (XİN) "X" hesabında paylaşım edilib.

 

Bildirilib ki, görüş çərçivəsində nazirlər ikitərəfli gündəlikdə duran məsələlərin geniş spektrini müzakirə ediblər, həmçinin Azərbaycan və Belarus arasında strateji tərəfdaşlığın inkişaf etdirilməsi istiqamətində sahələri nəzərdən keçiriblər.

Twitter
Sizə yeni tvit var
Keçid et
Paşinyan orduya nəzarəti itirdi-Generallardan atəş əmri