Modern.az

Azərbaycan və Oman XİN başçıları görüşdü

Azərbaycan və Oman XİN başçıları görüşdü

Aktual

15 Aprel 2024, 14:06

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Özbəkistanda Omanın xarici işlər naziri Bədr əl-Busaidi ilə görüşüb.

 

Modern.az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin "X" hesabında məlumat verilib.

 

Bildirilib ki, tərəflər Azərbaycan və Oman arasında əlaqələrin inkişafı ilə bağlı hər iki ölkənin insanlarına fayda verəcək bir sıra mühüm məsələlərə - ticarət və investisiyalara, təhsil və mədəniyyətə, bərpa olunan enerji və s. müzakirə ediblər.

 

Qeyd edək ki, xarici işlər naziri Ceyhun Bayramov Özbəkistanda işgüzar səfərdədir.

 

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Paşinyan orduya nəzarəti itirdi-Generallardan atəş əmri