Modern.az

Muxtar Babayev Çex Respublikasının Azərbaycandakı səfiri ilə görüşdü

Muxtar Babayev Çex Respublikasının Azərbaycandakı səfiri ilə görüşdü

13 İyun 2024, 16:00

Çex Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Milan Sedlaçek ilə ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev arasında görüş keçirilib.

 

Modern.az xəbər verir ki, görüşdə iki ölkə arasında ətraf mühitin mühafizəsi, gələcək əməkdaşlıq imkanları müzakirə edilib.

 

Eyni zamanda, ölkəmizin bu il ev sahibliyi edəcəyi BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) hazırlıqla bağlı fikir mübadiləsi aparılıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyadan hücum - Bu dəfə Türkiyəni vurdular