Modern.az

Güclü küləyin enerji təsərrüfatına vurduğu ziyan aradan qaldırılır

Güclü küləyin enerji təsərrüfatına vurduğu ziyan aradan qaldırılır

Aktual

21 İyun 2024, 17:46

Azərbaycan regionlarında güclü küləyin elektrik enerjisi təsərrüfatına vurduğu ziyan “Azərişıq” tərəfindən aradan qaldırılır.

 

Modern.az-ın quruma istinadən verdiyi məlumata görə, sel suları, yağış və güclü küləklə müşahidə edilən hava şəraiti Daşkəsən, Gədəbəy, Ağstafa, Şəmkir, Gəncə və Tovuzda bir neçə ağacın aşaraq elektrik xətlərini sıradan çıxarmasına səbəb olub.

 

Hadisə nəticəsində rayonların əksər hissəsində elektrik enerjisinin verilişi dayanıb. Kəndlər işıqsız qalıb. "Azərişığ"ın əməkdaşları təbiət hadisəsinin yaratdığı fəsadların aradan qaldırılması üçün dünən günün ikinci yarısından başlayaraq gücləndirilmiş iş rejimində çalışıblar.

 

Qurumdan bildirilir ki, sözügedən rayonlarda elektrik enerjisinin verilişinin qısa zamanda bərpa edilməsi istiqamətində zəruri tədbirlər görülüb.

 

Hazırda baş vermiş qəzaların 90 %-dən yuxarı hissəsinin aradan qaldırıldığı, qarşıdakı saatlarda isə qəzanın baş vermiş ərazilər üzrə elektrik enerjisi verilişinin tam bərpa ediləcəyi qeyd edilir.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Təbrizdə ifa olunan Azərbaycan mahnısı İranı silkələdi