Modern.az

Mühafizəçiyə balta atan Ağadadaş Ağayev DANIŞDI

Mühafizəçiyə balta atan Ağadadaş Ağayev DANIŞDI

23 İyul 2024, 18:13

Xalq artisti Ağadadaş Ağayev törətdiyi insidentdən danışıb.

 

Modern.az-ın məlumatına görə, APA TV-yə açıqlama verən A.Ağayev bildirib ki, bu, böyüdüləcək bir hadisə deyil.

 

"Hər şey yolundadır, bəlkə axşam canlı yayım açdım. Orada açıqlama verəcəyəm", - deyə Xalq artisti bildirib.

 

DİN-in Mətbuat xidmətindən bildirilib ki, iyulun 22-də Bakı şəhər sakini olan N.Cəlilov ərizə ilə polisə müraciət edərək həmin gün saat 07 radələrində gözətçi işlədiyi özəl tibb müəssisələrindən birində olan zaman paytaxt sakini Ağadadaş Ağayevin xuliqanlıq zəminində onu söyərək təhqir etdiyini, əlindəki balta ilə onu hədələdiyini bildirib.

 

N.Cəlilov daha sonra izahatında A.Ağayevin baltanı ona tərəf atan zaman orada çalışan N.Paşayevanın ayaq nahiyəsinə dəydiyini və xəsarət yetirdiyini də qeyd edib.

 

Faktla bağlı Binəqədi Rayon Polis İdarəsinin araşdırmalara başlanılıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Paşinyan orduya nəzarəti itirdi-Generallardan atəş əmri