Modern.az

Röya ən populyar oldu

Röya ən populyar oldu

Aktual

3 Oktyabr 2016, 15:00

Azərbaycanın bütün mediasınının monitorinqini aparan Media Təqib Mərkəzi 2016-cı ilin sentyabr ayı üzrə analiz işini yekunlaşdırıb.

 

Xatırladaq ki, Media Təqib Mərkəzi ölkədə mövcud olan bütün sahələrin analizini aparır.

 

Monitorinq sahəsinə ölkədə dərc olunan 100-ə qədər qəzet və jurnal (o cümlədən, 35 gündəlik qəzet), elektron vasitələrdə yayımlanan 1400 sayt (o cümlədən, 450 gündəlik yenilənən sayt), 12 televiziya  kanalı, 12 radio kanal və sosial şəbəkələr daxildirlər.

 

Modern.az mərkəzə istinadən şou-biznes nümayəndələri ilə bağlı sentyabr ayı üzrə məlumatları təqdim edir.

 

2016-cı ilin sentyabr ayında elektron mətbuatda, yəni sayt və portallarda şou-biznes nümayəndələri ilə əlaqəli 9669 xəbər yerləşdirilib. Bunlardan 289 xəbər mənfi, 10 xəbər müsbət və 9370 xəbər isə neytraldır. Mənfi xəbərlər arasında liderlər: Mətanət İsgəndərli (113 xəbər –müğənninin adının adam oğurluğunda hallanması, Çovdarovla əlbir olması iddiaları), Rəqsanə İsmayılova (72 xəbər – müğənninin musiqiçiyə pul atması, hədələməsi iddiaları), Aygün Bəylər (57 xəbər – müğənninin qardaşı haqqında çıxan xəbərlər). Müsbət xəbərlər isə Oksana Rəsulova, Məleykə Əsədova, Tarix Əliyev, Miri Yusif və Nigar Camala (2 xəbər – mükafata layiq görülmələri) məxsusdur.

 

Xəbər sayına görə sıralama:

 

  1. Röya Ayxan                           635 xəbər
  2. Elza Seyidcahan                     380 xəbər
  3. İlhamə Quliyeva                    304 xəbər
  4. Aygün Kazımova                   291 xəbər
  5. Günay İbrahimli                     258 xəbər
  6. Abbas Bağırov                       252 xəbər
  7. Xatirə İslam                            244 xəbər
  8. Rəqsanə İsmayilova               232 xəbər
  9. Mətanət İsgəndərli                 218 xəbər

10. Nadir Qafarzadə                    213 xəbər

 

 
   

Yazılı mətbuatda (qəzet və jurnallarda) bu sektorla əlaqəli 406 xəbər dərc edilib. Bu xəbərlərdən 388-i neytral, 18-i isə mənfi xəbərlərdir. Mənfi xəbərlər Aygün Bəylər (11 xəbər – müğənninin qardaşı haqqında çıxan xəbərlər), Rəqsanə İsmayılova (4 xəbər – müğənninin musiqiçiyə pul atması iddiaları) və Mətanət İsgəndərliyə (3 xəbər – müğənninin adının adam oğurluğunda hallanması) məxsusdur. Sentyabr ayında yazılı mətbuatda müsbət xəbər dərc olunmayıb.

 

Xəbər sayına görə sıralama:

  1. İlhamə Quliyeva                    21 xəbər
  2. Aygün Bəylər                         20 xəbər
  3. Aygün Kazımova                   18 xəbər
  4. Alim Qasımov                        16 xəbər
  5. Röya Ayxan                           15 xəbər
  6. Faiq Ağayev                           14 xəbər
  7. Abbas Bağırov                       13 xəbər
  8. Flora Kərimova                      12 xəbər
  9. Tünzalə Ağayeva                   11 xəbər

    10. Nazpəri Dostəliyeva               10 xəbər

 

Sentyabr ayında televiziya kanallarında şou-biznes nümayəndələri haqqında 70 xəbər göstərilib.

 

Xəbər sayına görə sıralama:

 

  1. Mənsum İbrahimov                8 xəbər
  2. Ədalət Şükürov                      5 xəbər
  3. Əlikram Bayramov                 4 xəbər
  4. Elariz Məmmədoğlu               4 xəbər
  5. Elza Seyidcahan                     4 xəbər
  6. Səməd Səmədov                    3 xəbər
  7. Lalə Məmmədova                  3 xəbər
  8. Abbas Bağırov                       3 xəbər
  9. Cavanşir Məmmədov             3 xəbər
  10. Elnarə Xəlilova                      2 xəbər

 

Modern.az

 

 

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı