Modern.az

Azərbaycanlı qız toyundan öncə Türkiyədən qaçıb

Azərbaycanlı qız toyundan öncə Türkiyədən qaçıb

Aktual

12 Noyabr 2016, 00:58

Türkiyədə yaşayan Səməd İlgün Samirə adlı azərbaycanlı qızla Türkiyədə toy etməyə hazırlaşdığını və adıçəkilən qızın birdən-birə yoxa çıxdığını iddia edir. Modern.az saytı xəbər verir ki, Səməd İlgün bununla bağlı Femida.az-a danışıb.

O, deyir ki, Samirə gedərkən 3500 dollar pul, qızıl-zinyət əşyaları və gəlinlik paltarını da özü ilə aparıb: “Dənizlinin Acıpayam Gümüş məhəlləsində yaşayıram. Türkiyədə toy mərasimində Samirə Namazova adlı qadınla tanış oldum. Qız Azərbaycanın Goranboy rayonundandır. Bir-birimizi sevdik. Nəhayət, bir müddət keçdikdən sonra evlənmək qərarına gəldik. Hər şeyi, hətta gəlinlik paltarını belə almışdım. Toya hazırlaşırdıq. Lakin toy günü Samirə birdən-birə yoxa çıxdı. Gedərkən 3 min dollar pul, aldığımız qızıl-zinyət əşyalarını və gəlinlik paltarını da özü ilə aparıb”.

 

Səməd qızın tapılması üçün kömək istəyir: “Xahiş edirəm, o qızı tapmaqda mənə köməklik göstərin. Bildiyimə görə, Azərbaycanda gözəllik salonu işlədir. Anasının adı Hicrandır. Nənəsi isə Türkiyədə yaşayır”.

 

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Zəngəzurla bağlı təcili xəbər! Dəhliz açılır - Proses başladı