Modern.az

Qubada qarın yağması dayanmır...  

Qubada qarın yağması dayanmır...   

Aktual

4 Oktyabr 2017, 09:29

Quabada qarlı hava şəraiti davam edir. Bu barədə Modern.az-a Quba rayonunun icra başçısı yanında Fövqəladə komissiyanın sədri Yusif Abidov məlumat verib.

O qeyd edib ki, hazırda rayonda yağan qarın hansısa fəsad törətmə ehtimalı yoxdur:

“Bu payız qarıdır. Hələ ki ciddi problem yaratmayıb. Rayonda qaz, işıq, su problemi yoxdur. Nəqliyyatın hərəkəti üçün də maneə yaranmayıb”.

 

Y.Abidov gecə saatlarında yağıntının intensivləşdiyini bildirib:

“Əsasən dağlıq ərazilərdə, Xınalıqda temperatur aşağıdır, qar nisbətən çoxdur. Bu da ərazinin dağlıq olması ilə bağlıdır”.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Türkiyə Fələstin xəyanətinə niyə susdu? Putin türk dünyasına gətirilir