Modern.az

Bitkoin bir qədər də ucuzlaşdı

Bitkoin bir qədər də ucuzlaşdı

Aktual

8 Avqust 2018, 00:57

Dünyada ən populyar kriptovalyuta olan bitkoin ucuzlaşır. Modern.az xəbər verir ki, bitkoinin qiyməti bu gün 7 min dollardan aşağı düşüb.

 

"CoinMarketCap" portalının məlumatına görə, bitkoinin qiyməti son sutka ərzində 1,67% azalaraq 6,974 min dollar təşkil edib.

 

Alternativ kriptovalyutaların qiyməti də ucuzlaşıb. Belə ki, "Ethereum" 1,13% və ya 406,82 dollaradək, "Ripple" 4,81% (0,4095 dollara qədər), "Bitcoin Cash" isə 2,02% (693,63 dollaradək) ucuzlaşıb.

 

Kriptovalyuta bazarının kapitallaşması hazırda 251,86 milyard dollar təşkil edir və bunun 47,6% faizi bitkoinin payına düşür.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ermənistanda həyasızlıq! Azərbaycana qarşı vərəqələr paylanır