Modern.az

Abşeronda avtomobillər toqquşdu - Ölən var

Abşeronda avtomobillər toqquşdu - Ölən var

Aktual

8 Avqust 2018, 12:32

Abşeron rayonu ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

 

DİN-dən Modern.az-a verilən məlumata görə, avqustun 7-də saat 14 radələrində Abşeron rayonu ərazisində Sumqayıt şəhər sakinləri Beydulla Yunusovun idarə etdiyi “VAZ-21150” və Emin Həsənovun idarə etdiyi “Ford Tranzit” markalı avtomobillər toqquşub. Nəticədə B.Yunusov və sərnişini Ceyranbatan qəsəbə sakini Zərifə Məhərrəmova xəstəxanaya yerləşdiriliblər, Z.Məhərrəmova orada ölüb.

 

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı