Modern.az

Kürdə batan 21 yaşlı gəncin meyiti tapıldı

Kürdə batan 21 yaşlı gəncin meyiti tapıldı

Aktual

8 Avqust 2018, 17:13

Kür çayının Salyan rayonunun Sarvan kəndi ərazisindən keçən hissəsində (nəzarətsiz ərazi) 1997-ci il təvəllüdlü Məmmədov Məzahir Qabil oğlu batıb.

Modern.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumatına görə, hadisə yerinə cəlb olunmuş Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu M.Məmmədovun meyitini sudan çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.

Əməliyyat başa çatıb.
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ermənistanda həyasızlıq! Azərbaycana qarşı vərəqələr paylanır