Modern.az

Saatlıda yol qəzası olub, yaralananlar var

Saatlıda yol qəzası olub, yaralananlar var

Aktual

8 Avqust 2018, 18:16

Saatlı rayonunda  2 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

 

Modern.az-ın “Report”a istinadən məlumatına görə, hadisə rayonun Əlisoltanlı kəndində qeydə alınıb. 

Belə ki, iki avtomobilin toqquşması nəticəsində Əlisoltanlı kənd sakinləri, 1940-cı il təvəllüdlü İsmayılov İldırım Xanlar oğlu və 1965-ci iltəvəllüdlü İsmayılov Qubad İdris oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Yaralılar Saatlı Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Whatsapp
Bizə yazın!
Keçid et
Ermənistanda həyasızlıq! Azərbaycana qarşı vərəqələr paylanır