Modern.az

Neftçalada avtomobil gənci vurub öldürdü

Neftçalada avtomobil gənci vurub öldürdü

Aktual

8 Avqust 2018, 18:37

 Neftçala rayonunda piyadanı avtomobil vurub.

 

Modern.az “Report”a xəbər verir ki, hadisə Salyan-Neftçala avtomobil yolunun rayonun Xıllı qəsəbəsi ərazisindən keçən hissəsində qeydə alınıb.

 

Belə ki, “VAZ-2107” markalı minik avtomobili yolu keçmək istəyən, təxminən, 18-20 yaş arasında gənci vuraraq öldürüb.

 

Meyit Salyandakı morqa gətirilib. Həmin piyadanın şəxsiyyəti dəqiqləşdirilir.

 

Faktla bağlı araşdırma aparılır.

Sizə yeni x var
Keçid et
Ermənistanda həyasızlıq! Azərbaycana qarşı vərəqələr paylanır