Modern.az

“Azərbaycan Ordusunun mövqelərində heç bir partlayış olmayıb” - Müdafiə Nazirliyi

“Azərbaycan Ordusunun mövqelərində heç bir partlayış olmayıb” - Müdafiə Nazirliyi

Aktual

8 Avqust 2018, 20:02

“Azərbaycan Ordusunun bölmələrinin döyüş mövqelərində heç bir partlayış baş verməyib”.  Modern.az xəbər verir ki, bu barədə “Trend”in sorğusuna cavab olaraq Müdafiə Nazirliyindən bildiriblər.

 

Məlumatda qeyd olunur ki, erməni tərəfinin yaydığı məlumat həqiqətə uyğun deyil, yalandır və düşmənin növbəti təxribatıdır: "Azərbaycan Ordusunun bölmələrinin döyüş mövqelərində heç bir partlayış hadisəsi baş verməyib.

 

Yayılan məlumat avqustun 6-da Ermənistan silahlı qüvvələrinin mövqelərinin birində, blindajda partlayışın baş verməsi barədə tərəfimizdən verilən məlumata düşmənin uğursuz cavab cəhdidir.

 

Bölmələrimiz əməliyyat şəraitinə tam nəzarət edir".

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ermənistanda həyasızlıq! Azərbaycana qarşı vərəqələr paylanır