Modern.az

Konqresə ilk dəfə müsəlman qadın seçiləcək

Konqresə ilk dəfə müsəlman qadın seçiləcək

Aktual

8 Avqust 2018, 21:29

ABŞ Konqresinə müsəlman qadın seçiləcək. Modern.az xarici mediaya istinadən xəbər verir ki, Miçiqan ştatında keçirilən səsvermənin ilkin nəticələrinə əsasən, Fələstin əsilli amerikalı Raşida Tlaib ABŞ Konqresinin nümayəndələr palatasında öz yerini təmin edərək bu qanunverici orqanda ilk müsəlman qadın olacaq.

Məlumata görə, Tlaib müstəqil namizədlərin və Respublika partiyasının iştirak etmədiyi seçkilərdə Demokratik partiyanın namizədi qismində qələbə qazanıb.

Bu isə o deməkdir ki, aralıq seçkilərində Tlaibin rəqibi olmayacaq və o, Konqresin nümayəndələr palatasında Miçiqan ştatını təmsil edəcək.

 

Qeyd edək ki, ABŞ-da aralıq seçkiləri 2018-ci ilin noyabrında keçirilməlidir.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ermənistanda həyasızlıq! Azərbaycana qarşı vərəqələr paylanır