Modern.az

“OKA”  piyadanı öldürdü

“OKA”  piyadanı öldürdü

Aktual

8 Avqust 2018, 21:39

Qazax rayonunda avtomobil piyadanı vuraraq öldürüb. Modern.az “Report”a istinadən xəbər verir ki, hadisə rayonun İkinci Şıxlı kəndi ərazisində baş verib.

 

Belə ki, həmin kəndin sakini, 1967-ci il təvəllüdlü Azad Mədət oğlu Abbasov naməlum avtomobil tərəfindən vurulub. Ağır bədən xəsarətləri alan piyada hadisə yerində ölüb. Hadisəni törədən sürücü hadisə yerindən qaçıb.

 

İlkin ehtimala görə, hadisə "OKA" markalı avtomobil tərəfindən törədilib.

 

Faktla bağlı araşdırma aparılır.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ermənistanda həyasızlıq! Azərbaycana qarşı vərəqələr paylanır