Modern.az

Azərbaycan nefti bir qədər də bahalaşdı

Azərbaycan nefti bir qədər də bahalaşdı

Aktual

8 Avqust 2018, 23:32

CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin son qiyməti 75,35 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,2 dollar/barel çoxdur. Modern.az xəbər verir ki, bu barədə “Trend”ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

 

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti avqustun 7-də 74,65 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,25 dollar/barel çoxdur.

 

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti avqustun 7-də 70,99 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,22 dollar/barel çoxdur.

 

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti isə avqustun 7-də 72,72 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 0,09 dollar/barel çoxdur.

Whatsapp
Bizə yazın!
Keçid et
Ermənistanda həyasızlıq! Azərbaycana qarşı vərəqələr paylanır