Modern.az

Türkiyədə qayıq batdı - 9 ölü

Türkiyədə qayıq batdı - 9 ölü

Aktual

9 Avqust 2018, 12:15

Türkiyənin Egey dənizi sahillərində, Quşadası yaxınlığında qeyri-leqal mühacirləri aparan qayıq batıb.

Modern.az-ın məlumatına görə, hadisə nəticəsində 9 nəfər – 7 uşaq və 2 qadın həlak olub.

Qeyd olunur ki, qayıqda 13 nəfər olub. Digər dörd nəfəri xilas etmək mümkün olub.

Həmin mühacirlərin Yunanıstana getmək istədiyi məlum olub.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ermənistanda həyasızlıq! Azərbaycana qarşı vərəqələr paylanır