Modern.az

Balaxanıda ağır qəza: 2 nəfər öldü

Balaxanıda ağır qəza: 2 nəfər öldü

Aktual

9 Avqust 2018, 13:35

Sabunçu rayonunun Balaxanı qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

 

Daxili İşlər Nazirliyindən Modern.az-a verilən məlumata görə, avqustun 8-də saat 23 radələrində Sabunçu rayonunun Balaxanı qəsəbəsi ərazisində qəsəbə sakinləri Kamran Muradovun idarə etdiyi “TOFAŞ” markalı avtomobili yolun kənarında dayanmış Ziya Dövlətovun idarə etdiyi “Hyundai HD” markalı avtomobilə vurub.

 

Xəstəxanaya yerləşdirilmiş hər iki sürücü orada ölüblər.

Sabunçu RPİ tərəfindən araşdırma aparılır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyadan ŞOK İTTİHAM - Ukrayna bizi Bakıdan VURUR!