Modern.az

Lənkəran sakini dənizdə boğulub - FOTO

Lənkəran sakini dənizdə boğulub - FOTO

Aktual

9 Avqust 2018, 19:50

Lənkəran sakini dənizdə boğulub.

Modern.az "report"a istinadən xəbər verir ki, hadisə Xəzər dənizinin Lənkəran şəhər sahilində qeydə alınıb.

Belə ki, Lənkəran şəhər sakini, 1959-ci il təvəllüdlü Mirnizam Mirhəsən oğlu Ağayev dənizdə böğularkən ətrafdakılar Fövqəladə Hallar Nazirliyinin (FHN) Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinə məlumat veriblər. 

Xidmətin dalğıc-axtarış qrupu onun meyitini sudan çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ermənistanda həyasızlıq! Azərbaycana qarşı vərəqələr paylanır