Modern.az

Güclü külək Bakıda bir sıra fəsadlar törətdi - VİDEO

Güclü külək Bakıda bir sıra fəsadlar törətdi - VİDEO

Aktual

9 Avqust 2018, 20:47

Bakıda güclü külək bir sıra fəsadlar törədib. Modern.az “Report”a istinadən xəbər verir ki, paytaxtın Nəsimi rayonunun Xan Şuşinski küçəsində küləyin aşırdığı ağac minik avtomobilin üzərinə, rayonun digər ərazisində isə dayanacağın üzərinə düşüb.

 

Qeyd edək ki, bu gün paytaxtın müxtəlif ərazilərində güclü külək nəticəsində ağacların budaqlarının sınması və kökündən qopması ilə bağlı Bakı Şəhər İcra Hakimiyyəti Yaşıllaşdırma Təsərrüfatı Birliyinə 6 müraciət daxil olub. Birliyin şöbə rəisi Orxan Məmmədov "Report"a bildirib ki, hadisələr nəticəsində xəsarət alan olmasa da, hər an faciə baş verə bilər.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı