Modern.az

Bakıda çimərlik yaxınlığında naməlum kişi meyiti tapıldı

Bakıda çimərlik yaxınlığında naməlum kişi meyiti tapıldı

Aktual

9 Avqust 2018, 21:02

Bakıda naməlum kişi meyiti tapılıb. Modern.az xəbər verir ki, hadisə Suraxanı rayonu ərazisində qeydə alınıb.

 

Avqustun 8-də saat 10 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Hövsan bağlar yaşayış sahəsində, dənizin sahilində naməlum kişi meyiti aşkar edilib.

 

Faktla bağlı Suraxanı rayon Prokurorluğunda araşdırma aparılır.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ermənistanda həyasızlıq! Azərbaycana qarşı vərəqələr paylanır