Gəncədə itkin düşən qız yaxınları tərəfindən axtarılır.
DİN-in mətbuat xidmətinin Gəncə regional qrupundan Modern.az-a verilən məlumata görə, Gəncə şəhər sakini, 2002-cı il təvəllüdlü Rəsmiyyə Kərimova avqustun 3-ü yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb.
Onun əlamətləri belədir: boyu 168 sm, arıq bədən quruluşlu, uzun qara saçlara malik, gözlərinin rəngi qara.
Şəkildə gördüyünüz şəxsi tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə, həmçinin 022-256-07-53, 022-266-33-75 şəhər və (055) 331-24-24, (050) 314-14-91 mobil nömrələrinə zəng vuraraq məlumat vermələri xahiş olunur.