Modern.az

"Dəniz kuboku - 2018” beynəlxalq müsabiqəsi başa çatıb

"Dəniz kuboku - 2018” beynəlxalq müsabiqəsi başa çatıb

Aktual

10 Avqust 2018, 11:20

Bakıda keçirilən "Dəniz kuboku - 2018” beynəlxalq müsabiqəsi başa çatıb.

 

Modern.az-ın məlumatına görə, Müdafiə Nazirliyinin Təlim Tədris Mərkəzində keçirilən bağlanış mərasimində müsabiqədə iştirak etmiş ölkələrin hərbi dənizçilərinə mükafatlar verilib.

 

“Dəniz kuboku - 2018” beynəlxalq müsabiqəsinin qalibi Rusiya hərbçiləri olub. İkinci yeri Qazaxıstan tutub, üçüncü yerlərdə isə Azərbaycan və İran hərbçiləri qərarlaşıblar.

Mükafatlandırma mərasimində Azərbaycan Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin müavini - Döyüş Hazırlığı və Hərbi Təhsil Baş İdarəsinin rəisi, general-leytenant Nizam Osmanov, Hərbi Dəniz Qüvvələrinin komandanı, birinci dərəcəli kapitan Zaur Hümmətov və digər xarici qonaqlar iştirak edib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ermənistanda həyasızlıq! Azərbaycana qarşı vərəqələr paylanır