Modern.az

Şamaxıdakı yanğına görə iki nəfər saxlanıldı

Şamaxıdakı yanğına görə iki nəfər saxlanıldı

Aktual

10 Avqust 2018, 12:03

Şamaxıdakı yanğına görə iki nəfər saxlanılıb.

DİN-dən Modern.az-a verilən məlumata görə, Şamaxı RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində hadisənin kənd sakinləri olan iki yeniyetmə tərəfindən törədilməsi müəyyən edilib və onlar saxlanılıblar.

Qeyd edək ki, avqustun 9-da Şamaxı rayonunun Çuxuryurd kəndi ərazisində 2 hektar biçilmiş taxıl sahəsində küləş yanıb.

Yanğın söndürülüb, onun daha geniş ərazilərə yayılmasının qarşısı alınıb.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı