Modern.az

Süni göldə batan 18 yaşlı gəncin meyiti tapıldı - YENİLƏNİB

Süni göldə batan 18 yaşlı gəncin meyiti tapıldı - YENİLƏNİB

Aktual

10 Avqust 2018, 14:41

Daşkəsən rayonunda süni göldə batdığı ehtimal olunan 2000-ci il təvəllüdlü Əliyev Emin Bəhruz oğlunun axtarışları başa çatıb.

FHN-dən Modern.az-a verilən məlumata görə, E.Əliyevin meyiti Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

 

***

 

Daşkəsən rayonunda süni göldə 1 nəfərin batdığı ehtimal olunur.

Fövqəladə Hallar Nazirliyindən Modern.az-a verilən məlumata görə, Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.
 
Əlavə məlumat veriləcək.
Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı