Gəncədə qadın piyadanı vurub öldürən sürücü saxlanılıb.
DİN-dən Modern.az-a verilən məlumata görə, avqustun 1-də saat 20 radələrində Gəncə şəhəri ərazisində müəyyən edilməmiş avtomobillə yolu keçən şəhər sakini Xədicə Bağırova vurulub.
Nizami (Gəncə) RPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yol-nəqliyyat hadisəsini törətməkdə şübhəli bilinən “Mercedes” markalı avtomobilin sürücüsü - Gəncə şəhər sakini Tural Qocayev saxlanılıb.