Modern.az

Bakıda mağazaya basqın oldu

Bakıda mağazaya basqın oldu

Aktual

11 Avqust 2018, 21:28

Bakıda mağazaya basqın olub. Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, hadisə paytaxtın Nərimanov rayonunda olub.

Məlumata görə, Metropolitendə Polis Şöbəsi və Nərimanov RPİ 17-ci PŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avqustun 9-da rayon ərazisindəki mağazalardan birinə gələrək mağaza sahibini yumruqla vurub kassadakı 1000 manat pulu aparmaqda şübhəli bilinən Lənkəran rayon sakini Turan Mirzəzadə saxlanılıb, həmyerlisi olan daha bir nəfərin isə şəxsiyyəti müəyyən edilib.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı