Modern.az

Piyada yol qəzasının qurbanı oldu

Piyada yol qəzasının qurbanı oldu

Aktual

11 Avqust 2018, 22:16

Gəncə şəhərində piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Modern.az "Report"a istinadən xəbər verir ki, Heydər Əliyev prospektində yolu keçmək istəyən 25-30 yaşlı qadın taksi kimi fəaliyyət göstərən avtomobil tərəfindən vurulub.

 

Yaralı aldığı xəsarətlərdən xəstəxanaya aparılan zaman yolda keçinib.

 

Hazırda onun şəxsiyyəti dəqiqləşdirilir.

 

Faktla bağlı araşdırma aparılır.

Sizə yeni x var
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!