Bu gün Topaz Premyer Liqada 2018-2019 mövsümü başlayıb. Modern.az xəbər verir ki, mövsümün ilk görüşündə "Sumqayıt" “Neftçi”ni qəbul edib. Matç qonaq komandanın 2:0 hesablı qələbəsi ilə başa çatıb. Oyunda qolları 27-ci dəqiqədə Mirabdulla Abbasov, 72-ci dəqiqədə isə Emin Mahmudov vurub.