Modern.az

“Bizə barmaq silkələyənləri peşman edəcəyik” – Ərdoğan

“Bizə barmaq silkələyənləri peşman edəcəyik” – Ərdoğan

Aktual

11 Avqust 2018, 23:29

“Türkiyə ən böyük ticarət tərəfdaşları ilə alış-verişi milli valyutası ilə edəcək. Çin, Rusiya, İran, Ukrayna kimi ölkələrlə ticarəti milli valyutamızla aparmağa hazırlaşırıq”. Modern.az Türkiyə mediasına istinadən xəbər verir ki, bunu prezident Rəcəb Tayyib Ərdoğan bildirib.

 

Prezident dollar təzyiqindən əziyyət çəkən Avropa ölkələri ilə də bu addımı atmağa hazır olduqlarını vurğulayıb: “Avropa ölkələri də dollar təzyiqindən qurtulmaq istəyirsə, onlarla da bənzər sistemi qurmağa hazırıq. Dünyanı iqtisadi müharibə elan edən, sanksiya hədələri ilə ölkələri asılı saxlayan bu quruluşu əsla qəbul etmirik. Biz bu günlərə millətimizlə birgə gəlib çıxdıq. Bizim böhrandan çıxış metodumuz budur. Müdafiə sənayesində, ixracatda bu sistemi tətbiq etdik. Digər sahələrdə də bunu edəcəyik. Bizə barmaq silkələyənləri peşman edəcəyik”.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı