Modern.az

Güclü külək Biləsuvarda fəsadlar törədib

Güclü külək Biləsuvarda fəsadlar törədib

Aktual

12 Avqust 2018, 00:31

Axşam saatlarından əsməyə başlayan güclü külək Biləsuvar rayonunda fəsadlar törədib. Modern.az "Report"a istinadən xəbər verir ki, elektrik naqillərinin qırılması nəticəsində Ağalıkənd, Amankənd, Dövrüşlü və Ovçubərə də daxil olmaqla 6 kəndə enerji verilişi tam dayanıb, bəzi ərazilərə isə fasilələrlə verilib.

 

Bildirilir ki, fəsadların aradan qaldırılmasından sonra bu dəqiqələrdə həmin ərazilərə enerji verilişi bərpa olunub.

 

Hazırda rayonda küləkli hava şəraiti davam edir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ermənistanda həyasızlıq! Azərbaycana qarşı vərəqələr paylanır