Modern.az

Gəncədə piyadanın ölümünə səbəb olan sürücü saxlanılıb

Gəncədə piyadanın ölümünə səbəb olan sürücü saxlanılıb

Aktual

12 Avqust 2018, 10:46

Gəncə şəhərində piyadanın ölümünə səbəb olan sürücü saxlanılıb.

 

Modern.az-ın "Report"a istinadən məlumatına görə, axşam saatlarında şəhərin Heydər Əliyev prospektində yolu qarşı tərəfə keçmək istəyən 1990-cı il təvəllüdlü Baxşıyeva Sahilə Zabit qızını "VAZ-2106" markalı avtomobillə vurub öldürən sürücü Əfqan Əliyev saxlanılıb.

 

Onun barəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb.

 

Faktla bağlı araşdırma davam edir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı