Modern.az

Bu gün hərbi hissələrdə “Açıq qapı” günü və andiçmə mərasimi keçirilir

Bu gün hərbi hissələrdə “Açıq qapı” günü və andiçmə mərasimi keçirilir

Aktual

12 Avqust 2018, 10:56

Bu gün hərbi hissələrdə “Açıq qapı” günü və andiçmə mərasimi keçirilir.

 

Müdafiə Nazirliyindən Modern.az-a verilən məlumata görə, müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi tədbirlər planına uyğun olaraq, bu gün bütün hərbi hissələrdə əsgər valideynləri və yaxınları üçün “Açıq qapı” günü, eləcə də təlim hissə və bölmələrində gənc əsgərlərin andiçmə mərasimi keçirilir.

Ziyarətçilər hərbi hissələrdə yaradılan yaşayış və məişət şəraiti ilə tanış olacaq, xidməti, inzibati binalara, əsgər yataqxanaları və yeməkxanalara baş çəkəcəklər.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı