Modern.az

Merkel Avropadakı qaçqın qəbulu sistemini tənqid edib

Merkel Avropadakı qaçqın qəbulu sistemini tənqid edib

Aktual

12 Avqust 2018, 12:44

Almaniya kansleri Angela Merkel bildirib ki, onun fikrincə, Avropa İttifaqında (Aİ) qaçqınların qəbulu sistemini tənzimləyən Dublin reqlamenti işləmir.

 

Modern.az “Report”a istinadən xəbər verir ki, o bunu İspaniyanın baş naziri Pedro Sançeslə danışıqlardan sonra deyib.

 

Merkel həmçinin qeyd edib ki, Aİ-də miqrasiya böhranının uğurla tənzimlənməsi üçün bütün tərəflərlə, yəni həm qaçqın qəbul edən ölkələrlə, həm də miqrantları öz ərazisindən keçirib Avropaya ötürən və onların qaçqın düşdüyü dövlətlərlə fəal danışıqlar aparmaq lazımdır.

 

"Afrika haqqında danışmağımız kifayət etmir, biz Afrika ilə danışmalıyıq", - deyə o bildirib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı