Modern.az

Aktauda Xəzəryanı ölkələrin V sammiti başlayıb

Aktauda Xəzəryanı ölkələrin V sammiti başlayıb

Aktual

12 Avqust 2018, 13:42

 Qazaxıstanın Aktau şəhərində Azərbaycan, Rusiya, Qazaxıstan, İran və Türkmənistan prezidentlərinin iştirakı ilə Xəzəryanı ölkələrin V sammiti öz işinə başlayıb.

Modern.az xəbər verir ki, tədbiri giriş nitqi ilə Qazaxıstan prezidenti Nursultan Nazarbayev açıb.

Dövlət başçılarının Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiya imzalayacağı gözlənilir.

Azərbaycan Prezidenti İlham Əliyev sammitdə iştirak etmək üçün bu gün Qazaxıstana səfər edib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!