Modern.az

“Dəniz kuboku-2018”də iştirak etmiş hərbi gəmilər Bakı limanını tərk edib

“Dəniz kuboku-2018”də iştirak etmiş hərbi gəmilər Bakı limanını tərk edib

Aktual

12 Avqust 2018, 14:10

“Dəniz kuboku-2018” beynəlxalq müsabiqəsində iştirak etmiş xarici dövlətlərin hərbi gəmiləri Bakı limanını tərk edib. .

 

Modern.az-ın məlumatına görə, avqustun 12-də “Dəniz kuboku-2018” beynəlxalq müsabiqəsində iştirak etmək üçün ölkəmizdə olan İran İslam Respublikası Hərbi Dəniz Qüvvələrinin “Cövşən”, “Peykan” raket katerləri, Rusiya Hərbi Dəniz Donanmasının Xəzər flotiliyasının “Volqodonsk” və “Mahaçkala” kiçik artilleriya gəmiləri, eləcə də “SB-45” xilasetmə yedək gəmisi və Qazaxıstan Respublikası Hərbi Dəniz Qüvvələrinin “Manqistau” raket-artilleriya gəmisi Bakı limanını tərk edib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı